Xəbərlər
Saytda nümaiş olunan elanlara görə administrasiya məsuliyyət daşımır.

Dünyada ən nazik noutbuk təqdim edilib

  • Aprel 7, 2016

 

 

 

Dünyada ən nazik noutbuk təqdim edilib HP şirkəti tərəfindən təqdim edilib.

“HP” şirkəti dünyanın ən nazik noutbuku adına iddia edən “Spectre 13” noutbukunu təqdim edib.
13.3 inch noutbukun korpusu alüminium (aşağı hissədə çəkinin azalması üçün həmçinin karboksil lifi tətbiq edilmiş) materialından hazırlanıb və qalınlığı 10.4 mm təşkil edir. Müvafiq göstərici üzrə sözügedən qurğu “Apple MacBook” (13.2 mm) və “Dell XPS 13” (15.2 mm) kimi rəqibləri geridə qoyur.

 

CTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, “HP”-nin mühəndisləri qızma problemini həll edərək yaxşı məhsuldarlığa nail olublar. Noutbuk güclü “Intel Core i5” prosessoru ilə təchiz edilib. “HP Spectre 13” qurğusunda əməli yaddaşın həcmi 8 QB, daxili daşıyıcının tutumu isə 256 QB-dır. Qurğunun ekranı “FullHD” təsvir ölçüsünə malikdir və sensor deyil.



Noutbukun qalınlığı  10,4 мм olacaq


Satışlar 2016-ci ilin iyun ayından başlayacaq.

Noutbukun avtonom iş vaxtı 9.5 saat təşkil edir. Bundan başqa, qurğu 3 ədəd “USB-C” (ikisi “Thunderbolt” interfeysini dəstəkləyir) portu və qulaqlıq üçün konnektorla təchiz edilib.

Yeni qurğu üçün ilkin sifarişlərin qəbulu 25 aprel tarixindən başlayır və 13 may tarixində “HP Spectre” bazara çıxarılacaq. Noutbukun qiyməti 1170 ABŞ dollarından başlanır.

Mənbə : http://ictnews.az/read-41494-news-1.html

 

 

 


Bölmələr
Brendlər